Maskdan Trampa “gözdağı” – “Çox əyləncəli olacaq!”

Maskdan Trampa "gözdağı" - "Çox əyləncəli olacaq!"

Amerikalı milyarder və sahibkar İlon Mask yaratdığı “Amerika Partiyası”nın təsis qurultayında ziyafət verəcəyini vəd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Amerika Partiyasının təsis qurultayını harada və nə vaxt keçirməliyik? Çox əyləncəli olacaq!” milyarder qeyd edib.

Qeyd edək ki, iyulun 5-də İlon Mask öz siyasi partiyasını yaratdığını elan edib.

O bildirib ki, onun partiyası ölkənin iflası, israfçılığı və rüşvətxorluğu ilə mübarizə aparacaq.

Xatırladaq ki, bundan əvvəl iş adamının partiyanı ABŞ Prezidenti Donald Trampdan intiqam almaq üçün partiya qurduğu iddia edilirdi.

Əliyar Xəlil
Globalinfo.az