ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri, iş adamı İlon Mask ölkəsinin BMT və NATO-dan çıxması ideyasını dəstəkləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində bildirib.
Belə ki, Mask, ABŞ-ın bu beynəlxalq təşkilatları tərk etməsinin vaxtının çatdığını iddia edən bir sosial şəbəkə istifadəçisinin paylaşımına münasibət bildirib.
“Mən dəstəkləyirəm”, – deyə iş adamı yazıb.
Qeyd edək ki, fevralın 21-də bir sıra amerikalı senatorlar ABŞ-ın BMT-dəki üzvlüyünün dayandırılması barədə qanun layihəsini təqdim ediblər. Tramp administrasiyası bundan öncə dəfələrlə BMT və NATO-nu tənqid edib.
Əliyar Xəlil
Globalinfo.az














