Mask yenə Trampa qarşı çıxdı və XƏBƏRDARLIQ etdi

Mask yenə Trampa qarşı çıxdı və XƏBƏRDARLIQ etdi

Amerikalı milyarder və sahibkar İlon Mask ABŞ-da yeni siyasi partiyanın yaradılmasına çağırıb. O, Prezident Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini bir daha sərt şəkildə tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu fikirlər Maskın “X” platformasında yaydığı paylaşımda yer alıb.

“Bu qanun layihəsinin dəli xərcləri nəticəsində dövlət borcu rekord səviyyədə – 5 trilyon dollar artır. Bu da göstərir ki, biz əslində birpartiyalı ölkədə yaşayırıq”, – deyə o qeyd edib.

Mask əlavə edib ki, “xalqın mənafeyini doğrudan da düşünən” yeni bir siyasi partiyanın qurulmasının vaxtı çatıb.

Qeyd edək ki, milyarder Trampın təşəbbüsü ilə irəli sürülən dövlət xərclərinin azaldılması layihəsini daha əvvəl də tənqid edib. İyun ayının 5-də Tramp və Mask sosial şəbəkələrdə bir-birinə sərt cavablar veriblər. Sonradan Mask bəzi paylaşımlarına görə peşman olduğunu bildirmişdi. ABŞ Prezidenti Tramp isə “New York Post”un yaydığı “Pod Force One” podkastında Maskı bağışlaya biləcəyini demişdi.

Aysel Əliyeva
Globalinfo.az