ABŞ-lı iş adamı İlon Mask prezidentliyə namizəd Donald Trampın seçki kampaniyasına dəstək məqsədilə yeni siyasi komitəyə avqustdan 30 milyon dollar xərcləyib.
Globalinfo.az xəbər verir ki, “The Washington Post” qəzeti yazıb.
Bildirilib ki, son həftələr qrupun işi respublikaçı və demokratların dəstəyi təxminən eyni olan ştatlar üzərində fokuslanıb.
Qeyd edək ki, daha əvvəl Mask Tramp administrasiyasında işləməyə marağını bildirib. Elə Donald Tramp da onu komandasına cəlb etməyə hazır olduğunu açıqlayıb.














