Amerikalı milyarder İlon Maskın “X” şirkəti “Telegram”ın analoqu olan “XChat” adlı yeni messencerin beta versiyasını təqdim edib.
Globalinfo.az xəbər verir ki, yeni messencer “Telegram”a potensial rəqib olaraq görülür.
Şirkət nümayəndələrinin sözlərinə görə, “XChat” mesajların şifrələnməsi, fayl paylaşımı, bütün söhbət iştirakçıları üçün mesajları silmək imkanı, həmçinin yoxa çıxan mesaj funksiyalarını təklif edir.
Maraqlıdır ki, mayın 28-də “Telegram”ın yaradıcısı Pavel Durov “X”ın “Grok” chatbotunun tezliklə bu proqrama da daxil ediləcəyini açıqlamışdı. Lakin İlon Mask bunun üçün nəzərdə tutulan sənədlərin imzalanmadığını bildirdi.
Əliyar Xəlil
Globalinfo.az














