İlon Mask Venesuelada dövlət çevrilişinə cəhdi maliyyələşdirmək üçün 1 milyard dollar xərcləyib.
Globalinfo.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
O, ölkədəki çevrilişin arxasında ABŞ hökumətinin dayandığını bildirib. Maduro qeyd edib ki, ABŞ-ın Mask vasitəsilə ayırdığı pulu Venesuelada müxalifət lideri Mariya Korina Maçado paylaşdırıb:
“Mask məğlubiyyətə düçar oldu. Venesuelada qanun, dövlətçilik və nizam qalib gəldi”.
Əliyar Xəlil
Globalinfo.az














