Masazırda eyvandan yıxılan 15 yaşlı qızın son durumu

Masazırda eyvandan yıxılan 15 yaşlı qızın son durumu

Masazırda eyvandan yıxılan 15 yaşlı qızın vəziyyəti açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd APA-ya cavab verib. O bildirib ki, Ayan Aslanovanın hər iki aşağı ətrafında olan sınıqlara görə cərrahi əməliyyat icra olunub.

Əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Vəziyyəti stabildir.