WhatsApp Image 2026 02 27 at 16.00.49

Martın 1-dən etibarən Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir.

Bu barədə Globalinfo.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, xətt üzrə 13 ədəd ortatutumlu “Karsan” markalı avtobus sərnişinlərin istifadəsinə veriləcək. Yeni avtobuslar marşrut üzrə 7-8 dəqiqə intervalla hərəkət edəcək.

Bildirilib ki, avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,50 manat təşkil edir.

Paylaş: