ABŞ-dan ağır zərbə: Kiyevin planı pozuldu

absh ukrayna

ABŞ-ın Kiyevə silah-sursat tədarükünü dayandırması Ukraynanın hərbi planına əhəmiyyətli dərəcədə təsir edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “ Financial Times” (FT) yazıb.

“Bu sistemlərin çoxuna ümid edirdik, çünki söz verilmişdi”, – deyə hərbi strategiyanın hazırlanmasında iştirak edən ukraynalı məmur nəşrə deyib.

Məlumata görə, ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə raketləri (PAC-3), “Stinger” insan daşına bilən hava hücumundan müdafiə sistemləri, “Hellfire” idarə olunan raketləri, həmçinin NASAMS sistemləri üçün raketlər və F-16 qırıcıları və AT4 qumbaraatanlarının tədarükünü dayandıracaq.

Əliyar Xəlil
Globalinfo.az