Masallıda meşə yandı – VİDEO

Masallıda meşə yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Şıxlar kəndi yaxınlığında meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Globalinfo.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, meşə ərazisində 800kv.m. sahədə kol-kos və xəzəl yanıb, ağaclar yanğından mühafizə olunub.

Masallıda meşədə yanğın olub - FOTO  - VİDEO  - YENİLƏNİB

Masallıda meşədə yanğın olub - FOTO  - VİDEO  - YENİLƏNİB Masallıda meşədə yanğın olub - FOTO  - VİDEO  - YENİLƏNİB