Masallıda hamilə xəstəxanaya ölü vəziyyətdə gətirilibmiş

Masallıda hamilə xəstəxanaya ölü vəziyyətdə gətirilibmiş

Masallıda hamilə qadın xəstəxanaya ölü vəziyyətində gətirilib.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Sentyabrın 29-u saat 07:00-da 1993-cü il təvəllüdlü hamilə yaxınları tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.

Hamilənin həkiməqədər ölüm faktı təsdiqlənib”, – məlumatda qeyd olunub.

***11:38

Masallı rayonunda hamiləliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilən 32 yaşlı qadın ölüb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə ötən gün baş verib.

    Rayonun Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Abbasova hamiləliyi ilə əlaqədar Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib və orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.