Markedonov: Ermənistan üçün ən vacib suala cavab tapılmayıb

e1655da333ded6890f4ac2ae3d0e7a73

“Brüsseldə Ermənistan-Aİ-ABŞ arasında keçirilən görüşdə İrəvan üçün ən vacib məsələ sayılan təhlükəsizliklə bağlı sual cavabını tapmadı”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

“Brüsseldə ideoloji xarakterli ümumi formullar səsləndirilib. Lakin sərhədlərin necə bölünəcəyi, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesini kimin və necə həyata keçirəcəyi, münaqişəsinin qarşısının alınmasında kimin iştirak edəcəyi heç vaxt deyilməyib. Xüsusən, təhlükəsizlik məsələsi ilə bağlı konkret məlumatlar heç vaxt açıqlanmayıb. Ermənistan bir təhlükəsizlik provayderindən digərinə keçid edir. Bu, onların suveren seçimidir. Amma əsas sual onun nə dərəcədə effektiv olmasıdır. Əvvəlki hakimiyyətlər də Avropa ilə əlaqələr qurublar. Lakin bunu Rusiya ilə əməkdaşlıqla paralel həyata keçiriblər”, – deyə Markedonov vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az