Markedonov: “Paris Moskvanı əvəz edə bilməz”

“Paris Ermənistan üçün Moskvanı əvəz edə bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

O, Fransanın xarici işlər naziri Stefan Sejurne və erməni həmkarı Ararat Mirzoyan arasındakı danışıqları şərh edib:

“Əgər İrəvan yeni regional dünya düzəninin formalaşmasında xarici təminatçılarına ümid edirsə, Bakı bunun əksini düşünür. Belə ki, Azərbaycan erməni tərəfi ilə dialoqda xarici vasitəçilər olmadan öz hərbi-siyasi uğurlarına arxayındır. Amma Ermənistan hesab edir ki, Fransa bu vəzifəni yerinə yetirməyə qadirdir. Hərçənd bu, o qədər də asan məsələ deyil. Fransa cəmiyyətində Ermənistana olan bütün simpatiyaya baxmayaraq, Paris fiziki baxımdan Moskvanı əvəzləyə bilmir”.

Rusiyalı politoloq hesab edir ki, Fransa Azərbaycan və Türkiyə ilə sərt ritorikaya hazır deyil. Parisin əlində sərhədlərin demarkasiyası probleminin həlli üçün çətin ki, açar olsun. Odur ki, vəd vermək və onları həyata keçirmək fərqli məsələlərdir.

Əliyar Xəlil
Globalinfo.az