Zəlzələdə dağılan binalara görə 247 nəfər həbs edildi

Türkiyədə zəlzələlər zamanı uçan yaşayış binaları ilə bağlı cinayət işi üzrə 247 nəfər həbs edilib.

Globalinfo.az “APA”ya istinadən verdiyi xəbərə görə, təbii fəlakət zonasında yerləşən əyalətlərin prokurorluq orqanlarının qərarları ilə fevralın 6-dan indiyədək dağıdılmış binaların tikintisində iştirakda şübhəli bilinən 997 nəfər saxlanılıb.

Saxlanılanlardan 247-si həbs edilib, 322 şübhəli isə polis nəzarətinə verilib.

Bundan başqa, 198 şübhəlinin tutulması və 102 nəfərin həbsi üçün order verilib.