Göyərçinləri yemləyən qadın 1500 avro məbləğində cərimələnib.
Globalinfo.az xəbər verir ki, maraqlı hadisə İspaniyada baş verib. Belə ki, İspaniyanın Kanar adalarından biri olan Tenerifedə bələdiyyə işçiləri küçədə göyərçin bəslədiyi üçün qadını cərimələyiblər.
Buna səbəb kimi həmin qadının bələdiyyə qaydalarını pozması göstərilib. Bildirilib ki, ictimai yerlərdə heyvan bəsləyən şəxslərə qarşı cərimələr bundan sonra da tətbiq olunacaq. Çünki bu addım ictimai sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Qeyd edək ki, Tenerifedə heyvanların mühafizəsini tənzimləyən bələdiyyə qaydaları ictimai yerlərdə onların icazəsiz yemlənməsini qadağan edir.
Əliyar Xəlil,














