MAQATE rəhbəri Kurskla bağlı hərəkətə keçdi: “Vəziyyəti şəxsən qiymətləndirəcək”

MAQATE rəhbəri Kurskla bağlı hərəkətə keçdi: "Vəziyyəti şəxsən qiymətləndirəcək"

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Kursk AES-dəki vəziyyəti şəxsən qiymətləndirəcək.

Globalinfo.az xəbər verir ki, agentliyə Kursk Atom Elektrik Stansiyasının ərazisində aşkar edilən pilotsuz təyyarələrin qalıqları barədə məlumat daxil olub.

Təşkilatdan bildirilib ki, MAQATE rəhbəri gələn həftə səfəri zamanı Kursk AES-in ərazisindəki vəziyyəti şəxsən qiymətləndirəcək.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha öncə bildirib ki, rəsmi Moskva Ukraynanın Zaporojya və Kursk AES-lə bağlı təxribatları haqda MAQATE rəhbərliyini məlumatlandırıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az