“Mançester Yunayted” səfərdə “Liverpul”u məğlub etdi

“Mançester Yunayted” səfərdə “Liverpul”u məğlub etdi

İngiltərə Premyer Liqasında VIII turun görüşləri davam edir.

Globalinfo.az xəbər verir ki, günün son matçında “Mançester Yunayted” səfərdə “Liverpul”la qarşılaşıb.

Gərgin keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “qırmızı şeytanlar” sonuncu dəfə 2016-cı ilin yanvar ayında Mersisayd təmsilçisini səfərdə məğlub etməyi bacarmışdı.