Manaf özünü işə salıb – 10 min söhbəti…

Müğənni Manaf Ağayevin toy qiymətini açıqlaması ciddi müzakirələrə yol açıb. Sənətçi deyib ki, bir toydan 10 min manat qonorar alıb. Bununla da o, özünü Vergilər Xidmətinin “radarına” salıb. Ümumiyyətlə, 10 min manat zəhməthaqqı alan müğənni bu məbləğin neçə faizini vergi kimi ödəməlidir?

Yoxsa müğənninin aylıq vergi ödənişi onu bu məsələdən (10 minin vergi faizindən) azad edir?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, vergi bizim büdcənin formalaşdırılmasında iştirakımızdır.

O bildirib ki, müğənnilərin iki vergivermə növü ola bilər:

“Əgər onlar fiziki şəxs kimi VÖEN-lə çalışırlarsa, o zaman yeni dəyişikliklərə görə, dövriyyə gəlirlərinin 20 faizini vergi verməlidirlər. Yox, əgər MMC kimi çalışırlarsa, il ərzində 200 mini keçərlərsə, artıq o zaman Əlavə Dəyər Vergisi (ƏDV), bir də mənfəət vergisi verməlidirlər. Bu da baxır, dediyim kimi, onların hansı statusda fəaliyyət göstərməsinə”.

İqtisadçı bildirib ki, vergi ödəyən müğənnilərin 99 faizi fiziki şəxs olaraq qeydiyyatdan keçirlər:

“Bəzi müğənnilər isə ümumiyyətlə, qeydiyyatdan keçməyiblər, heç vergi də ödəmirlər. Amma qeydiyyatdan keçənlər də fiziki şəxs kimi keçirlər. Onlar da yeni qanunvericiləyə görə, bu ildən 20 faiz vergi ödəməlidirlər”.

Zaira Akifqızı
Globalinfo.az