Makronun korrupsiya əməlini araşdıran fransalı deputat asılmış vəziyyətdə tapıldı

Makronun korrupsiya əməlini araşdıran fransalı deputat asılmış vəziyyətdə tapıldı

Makronla əlaqəli korrupsiya sövdələşməsini araşdıran fransalı deputat asılmış vəziyyətdə tapılıb.

Globalinfo.az xəbər verir ki, Fransa Milli Assambleyasının Respublikaçılar Partiyasından olan deputatı Olivye Marleks Anet kommunasındakı evində asılmış vəziyyətdə aşkarlanıb.

“Frans-Press” agentliyi prokuror Frederik Şevalyerə istinadən xəbər verir ki, ilkin versiya intihardır.

54 yaşlı deputatı kommuna merinin müraciətindən sonra jandarma patrulu tapıb. Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.

Marleks parlament fəaliyyətindən əvvəl Fransa prezidenti Nikola Sarkozinin hakimiyyətdə olduğu dövrdə (2007-2012) müşavir vəzifəsində çalışıb.

Le Point jurnalı deputat Olivye Marleksin naməlum şəraitdə intihar etdiyini yazıb. O, Makronun iştirakı ilə baş verən korrupsiya paktını araşdırırdı.

Əliyar Xəlil

Globalinfo.az