“Britaniya Fransa Prezidenti Emmanuel Makronun İsrailə silah göndərilməsinin qadağan olunması təklifinə qarşı çıxır”.
Globalinfo.az xəbər verir ki, bunu Britaniya müdafiə nazir Con Hili deyib.
Bununla belə, o, Britaniyanın İsrailə silah verilməsini məhdudlaşdırdığını bildirib.
Qeyd edək ki, Britaniya bundan öncə İsrailə silah tədarükü lisenziyasının verilməsinin müddətini 30 gündən 350 günə qədər uzadıb.
Xatırladaq ki, Makron bir müddət əvvəl İsrailə silah embarqosunu gündəmə gətirib. İsrail Baş naziri Benyamin Netanyahu Makronun addımını biabırçılıq adlandırıb.
Əliyar Xəlil
Globalinfo.az














