Makronun arvadına bu sözü deyənlərə ağır cəza verildi

Makronun arvadına bu sözü deyənlərə ağır cəza verildi

Fransa prezidenti Emmanuel Makronun arvadını kişi adlandıran fransız qadınlar 13,5 min avro cərimələnib.

Globalinfo.az xəbər verir ki,  bu barədə Paris məhkəməsi qərar qəbul edib.

Belə ki, Bricit Makronun kişi doğulduğuna dair böhtan xarakterli şayiələr yayan qadınlar mənəvi ziyana görə 8 min avro kompensasiya ödəməli olacaqlar.  Həmçinin Bricit Makronun məhkəmədə iddiaçı qismində çıxış edən qardaşı Jan-Mişel Tronierə 5 min avro ödənməlidir.

Qeyd edək ki, Emmanuel Makronun evliliyi ilə bağlı böhtan dolu fikirlər onun 2017-ci ildə Fransa prezidenti seçilməsindən sonra ortaya çıxıb. Fransa prezidenti isə dəfələrlə şayiələri təkzib edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az