Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün yer İsveçrənin Cenevrə şəhəridir.
Globalinfo.az xəbər verir ki, bunu Fransa lideri Emmanuel Makron deyib.
Prezident həmçinin qeyd edib ki, danışıqların yeri ilə bağlı qərar verilərkən mövcud beynəlxalq vəziyyət və tərəflərin kompromis tapmaq istəyi nəzərə alınmalıdır.
O, İsveçrənin artıq bir sıra mühüm beynəlxalq görüşlərə ev sahibliyi etdiyini xatırladıb və mümkün dialoqda iştirakçılar arasında etimadın təmin edilməsi üçün ölkənin neytral statusunun vacibliyini vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az














