Hazırkı hakimiyyəti buraxılmış səhvləri düzəltməsə, ifrat sağçı lider Marin Le Pen Fransanın növbəti prezidenti ola bilər.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Fransanın hazırkı Prezidenti Emmanuel Makron deyib.
Makron ölkədə kütləvi etirazlara səbəb olan pensiya islahatını qəbul edərkən cəmiyyətlə ünsiyyətdə səhvlərin olduğunu etiraf edib:
“Səhv, dəlilləri təqdim etmək və bu islahatı təşviq etmək üçün kifayət qədər aktiv iştirak etməməyim ola bilər. Qeyri-populyar islahat ölkənin pensiya sistemini dağılmaqdan xilas etmək üçün nəzərdə tutulub”.
Eyni zamanda o, müxalifəti heç bir alternativ təklif etməməkdə günahlandırıb. Müxalifətin populist tənqidlərini şərh edən Makron 2027-ci ildə keçiriləcək növbəti seçkidə Marin Le Penin hakimiyyətə gəlməsi təhlükəsi barədə xəbərdarlıq edib.














