Makrondan dəhşətli dövrlə bağlı həyasız açıqlama

“Fransa Əlcəzairdən müstəmləkə dövrünə görə üzr istəməməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

O, iki ölkənin barışması üçün Parisdə Əlcəzair lideri Əbdülməcid Tebbunu qəbul edəcəyinə inandığını bildirib:

“Mən üzr istəmək məsələsinin vacib olduğunu düşünmürəm. Məsələ bunda deyil. Bu jest bütün əlaqələrimizi qopara bilər. Ən pisi də odur ki, biz üzr istəyir və bundan sonra hər kəs öz yolu ilə gedir”.

Qeyd edək ki, Fransa 1830-cu ildə Əlcəzairi işğal etmişdi. 1962-ci ildə Əlcəzair müstəqilliyini qazanana qədər Fransa burada misli görülməmiş qırğın və asimilyasiya siyasəti həyata keçirmişdi.

Aqşin
Globalinfo.az