ABŞ Silahlı Qüvvələri İran ərazisinə növbəti zərbə seriyasını başa çatdırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, zərbələr ardıcıl yeddinci gecə həyata keçirilib. Əməliyyat zamanı müşahidə məntəqələri, hərbi logistika infrastrukturu, yeraltı silah anbarları və İran Hərbi Dəniz Qüvvələrinə məxsus vasitələr vurulub.