Makrondan Avropaya siqnal: “Hərəkətə keçək, 5-10 ilə…”

Makrondan Avropaya siqnal: "Hərəkətə keçək, 5-10 ilə..."

Xarici çətinliklər Avropa İttifaqının (Aİ) yenidən qurulmasına kömək edə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

O, ABŞ Prezidenti Donald Trampın qayıdışını Avropa üçün “elektroşok effekti” adlandırıb:

“Avropa üçün sürətlənmək və hərəkətə keçmək zamanıdır, başqa seçimimiz yoxdur”.

Makronun sözlərinə görə, strateji qeyri-müəyyənlik Avropa ölkələrini oyatmağa kömək edəcək:

“Avropanın gələcək hərbi potensialı bizə hətta ABŞ olmadan hərəkət etmək imkanı verəcək. Bunun üçün 5-10 illik müddət lazımdır”.

Əliyar Xəlil
Globalinfo.az