Fransa Prezidenti Emmanuel Makronla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, Makron bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Ukrayna dilində qeyd olunan paylaşımda Rusiyaya təzyiqi artırmaq niyyətində olduğunu bildirib:
“Biz birlikdə qeyd-şərtsiz atəşkəsə nail olmaq, ədalətli və davamlı sülh üçün danışıqlara təkan vermək məqsədilə Rusiyaya təzyiqi artırırıq. Ukraynaya dəstək Paris və onun tərəfdaşları üçün prioritet olaraq qalır”.
Əliyar Xəlil
Globalinfo.az














