Makron Türkiyəyə qarşı: NATO uğrunda mübarizə başlayır

Fransa Prezidenti Emmanuel Makron Britaniya müdafiə naziri Ben Uollesin NATO baş katibi vəzifəsinə namizədliyinə veto qoymağa çalışır.

Globalinfo.az bildirir ki, bu iddia ilə Britaniya mətbuatı çıxış edib.

Məlumata görə, Fransa lideri Britaniya və Türkiyədən olacaq istənilən namizədə neqativ münasibət bəsləyir.

Artıq Britaniyanın özündən Makrona reaksiyalar gəlməyə başlayıb. Belə ki, Mühafizəkar Partiyadan olan bir sıra deputatlar Makronu ingilisfobiyada ittiham ediblər. Onlar Baş nazir Rişi Sunakdan bu istiqamətdə addım atmağı tələb ediblər.

Qeyd edək ki, gələn ilin sentyabrında Stoltenberqin NATO baş katibliyindəki səlahiyyət müddəti bitəcək. Onun yerinə Uolleslə bərabər Niderlandın Baş nazir Mark Ryutte və Kanada Baş nazirinin müavini Xristya Frilandın namizəd olduğu bildirilib.

İlkin
Globalinfo.az