Makron təsdiqlədi, Fransanın yeni Baş naziri bəlli oldu – FOTO

Makron təsdiqlədi, Fransanın yeni Baş naziri bəlli oldu – FOTO

Fransa Prezidenti Emmanuel Makron 39 yaşlı Sebastyen Lekornyunu Baş nazir təyin edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Sebastyan Lekornyunun səlahiyyətləri qəbul etmə mərasimi sentyabrın 10-da Matinyon sarayında – Baş nazirin rəsmi iqamətgahında keçiriləcək. Lekornyu vəzifəsinin icrasına başlasa da, yeni kabinet Prezident Emmanuel Makrona təqdim olunub təsdiqlənənədək əvvəlki hökumətin nazirləri öz fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, Sebastien Lekornyu bundan əvvəl Fransanın silahlı qüvvələr naziri vəzifəsini icra edib.

Makron təsdiqlədi, Fransanın yeni Baş naziri bəlli oldu – FOTO

Aysel Əliyeva
Globalinfo.az