Makron Fransanı “yandırdı”: Onu Nerona niyə bənzətdilər?

Fransa Prezidenti Emmanuel Makronun Avropa Parlamentinə seçkilərdə məğlubiyyətindən sonra növbədənkənar seçkilər təyin etmək qərarının ardından onu Romanı yandıran imperator Neronla müqayisə edirlər. Fransızlara görə, Makron Milli Assambleyada 577 yer uğrunda 4 min namizədin mübarizə apardığı siyasi mina sahəsini yandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzetinin onlayn versiyası yazır.

“Le Figaro” nəşri “Bizim Neronumuz var” sərlövhəsi ilə yazı dərc edib, onun ardında “Le Point” əlavə edir: “Makron Neronla müqayisə ediləcək bir narsisdir”. İllüstrator Alen Qutal isə “Mediapart”da Macron-Neron yanan Roma-Fransanın seyr edir rəsmini dərc edib və deyir: “O, kibritlə oynadı və yanğın törətdi. Mənə fleyta və ya lira verin ki, sonuncu mahnını improvizə edə bilim”.

Neron Qədim Roma imperatorudur və antik dövrün yazıçısı Svetoniyin iddiasına görə, Romanı öz zövqünə uyğun yenidən tikmək üçün bu şəhəri atəşə verib.