Sentyabrın 2-də Fransa Prezidenti Emmanuel Makron ölkənin yeni baş nazirinin təyin edilməsi ilə bağlı məsləhətləşmələr çərçivəsində Yelisey sarayında bəzi siyasi xadimləri qəbul edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Radio Franceinfo” məlumat yayıb.
Bu il Milli Asambleyaya keçirilən seçkilərdə uğur qazanan sabiq prezident Fransua Ollandın Yeliseyə gedəcək ilk şəxslərdən olduğu bildirilir. Radionun məlumatına əsasən, o, baş nazir postuna namizədlərdən hesab edilir. Halbu ki, Olland bu vəzifəni tutmaq istəmədiyini daha öncə bəyan edib.
Həmçinin digər keçmiş prezident Nikola Sarkozinin də Yelisey sarayını ziyarət edəcəyi bildirilir. E.Makronun Fransanın keçmiş baş naziri Bernard Cazeneuve ilə görüşü də bazar ertəsi planlaşdırılıb. İddialara görə, prezident onu yenidən baş nazir vəzifəsi üçün nəzərdən keçirir.
Qeyd edək ki, B. Cazeneuve 2012-2017-ci illərdə ölkəyə rəhbərlik edən Fransua Ollandın prezidentliyi dövründə onun ən sadiq tərəfdarlarından biri sayılırdı.
Əliyar Xəlil
Globalinfo.az














