Fransa Prezidenti Emmanuel Makron sentyabrın 21-də Ermənistana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Fransa prezidentinin Ermənistanın Müstəqillik Günü münasibətilə İrəvana gələcəyi bildirilir. Hazırda hakim dairələrdə onun səfəri müzakirə olunur.
Məlumata görə, E.Makron bu səfərlə İrəvanı dəstəklədiyini bir daha vurğulamaq istəyir.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2021-ci ildə Fransaya səfəri zamanı E.Makronu ölkəsinə dəvət edib. Planlaşdırılan səfərin 3 il sonra baş tutacağı gözlənilir.
Ayşən Mustafa
Globalinfo.az














