Makron Azərbaycana gəlir? – YENİLƏNİB

Makron Azərbaycana gəlir? - YENİLƏNİB

Fransa Prezidenti Emmanuel Makron G20 sammitində iştirak etmək üçün 9-10 sentyabr tarixlərində Dehliyə səfər edəcək.

Onun Azərbaycana səfəri haqda rəsmi məlumat yoxdur.

***13:05

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistana səfər edəcəyi gözlənilir.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni teleqram kanalları məlumat yayıb.

Məlumata görə, səfər sentyabrın 9-10-a nəzərdə tutulur. Makron əvvəl Ermənistana, sonra Azərbaycana səfər edəcək.