Avropalılar heç vaxt Ukraynanı tərk etməyəcəklər və yaradılmış “istəklilər koalisiyası” bunun üçün bir siqnaldır.
Globalinfo.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Britaniya parlamentində deyib.
Makron vurğulayıb ki, Rusiya hər dəfə Ukraynada irəlilədikcə təhlükə guya Avropaya yaxınlaşır. O, həmçinin qeyd edib ki, Avropa güclü olanın haqlı olduğu nəzəriyyəsini qəbul etməyəcək.
“Bu koalisiya avropalıların heç vaxt Ukraynanı tərk etməyəcəyinə dair siqnal verir”, – Makron bildirib.
Fransa prezidenti qeyd edib ki, London və Paris davamlı sülhə nail olmaq üçün atəşkəsə və danışıqlara başlamağa çalışacaqlar.
Tahir Turan
Globalinfo.az














