Almaniya mediasında yayılan xəbərlərə görə Azərbaycan millisinin sabiq futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın “Nürnberq” klubunda komanda yoldaşı Yannik Hofmann və Finn Elçlə mübahisə edib. Buna səbəb isə komanda yoldaşının Mahir Emrelini təhqir etməsi olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a danışan Mahir Emrelinin meneceri Elnurə Emreli xəbərin əsassız olduğunu bildirib.
“Mahir ilə əlaqə saxladım. O, komanda yoldaşı ilə dalaşmadığını, yayılan xəbərlərin isə tamamilə yalan olduğunu dedi. Mahirin komanda yoldaşları ilə arası olduqca yaxşıdır və “Hannover 96″ ilə görüş üçün hazırlıqlarını davam etdirirlər”.
***16:22
Azərbaycan yığmasının üzvü Mahir Emreli “Nürnberq”də onu təhqir edən komanda yoldaşı ilə dalaşıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Emreli Yannik Hofmannla mübahisə edib.
Belə ki, Hofmann məşq zamanı millimizin hücumçusuna sərt oyununa görə narazılıq edib. Mahir isə cavabında ona toxunub. Hoffman ingilis dilində sərt ifadələr işlədərək Emreliyə qışqırıb.
Baş məşqçinin köməkçisi Ceremi Polenz məsələyə münasibət bildirərək “Bizə məhz bu cür emosiyalar lazımdır”, – deyib.














