Mahir meydana çıxdı, 1 dəqiqə sonra cəzalandırıldı…

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sözügedən komanda 12-ci tur çərçivəsində səfərdə “Qoritsa” ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Emreli də bu matçın iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana çıxıb, cəmi bir dəqiqə sonra sarı vərəqə alıb.

“Dinamo” hazırda turnir cədvəlində 19 xalla 3-cü pillədə qərarlaşıb.