Bu gün Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilir.
Globalinfo.az xəbər verir ki, “Nürnberq” klubu səfərdə “Hamburq”la üz-üzə gəlib.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqada formasını geyindiyi “Nürnberq”də növbəti dəfə fərqlənib.
27 yaşlı futbolçu komanda yoldaşı Robin Knoxenin ötürməsini qola çevirməyi bacarıb. Məhz Mahirin qolu 15-ci dəqiqədə hesabda geri düşən Nürnberq təmsilçisini məğlubiyyətdən xilas edib.
O, matçın 63-cü dəqiqəsində komandasının bərabərlik qolunu vurub.
“Hamburq” – “Nürnberq” görüşü 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, M.Emreli 2-ci Bundesliqada son iki oyunun hər birində 1 qol vurub.