
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli “Nürnberq” klubunun heyətində Almaniya II Bundesliqasında son oyununu keçirib.
Globalinfo.az xəbər verir ki, səfər matçında rəqib “Ayntraxt Braunşveyq” olub.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 4:1.
Bununla da Emreli “Nürnberq”in heyətində II Bundesliqada vurduğu qol sayını 10-a çatdırıb. O, daha bir qolu Almaniya Kubokunda vurub.
Qeyd edək ki, bu nəticədən sonra “Nürnberq” çempionatı 48 xalla 10-cu pillədə başa vurub. Mahir Emreli isə klubla müqaviləni uzatmayaraq, yollarını ayırıb.
***
Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Nürnberq” Almaniyanın 2-ci Bundesliqasında sonuncu – 34-cü tur oyunun keçirir.
Globalinfo.az xəbər verir ki, komanda səfərdə “Ayntraxt Braunşvayq”la qarşılaşır.
Oyuna start heyətdə başlayan Mahir matçda het-trik ilə yadda qalıb.
Emreli 10-cu dəqiqədə hesabı açıb, 20-ci dəqiqədə komandasının 2-ci, 45-ci dəqiqədə 3-cü qolunu vurub.
Qeyd edək ki, həmyerlimiz mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bugünkü matç onun “Nürnberq”də son oyunudur.
M.Emreli bu matça qədər 2-ci Bundesliqada 23 oyuna 7 qol vurmuşdu. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib.
17:30. “Ayntraxt Braunşvayq” – “Nürnberq” – 0:4 (Birinci hissə)
Qollar: Mahir Emreli 10 (1:0), 20 (2:0), Justvan 31 (0:3), Mahir Emreli 45+1 (0:4)