Son 100 ilin ən ciddi təhlükəsi: 1200 raketlə üstümüzə gəlirlər – Maduro

Son 100 ilin ən ciddi təhlükəsi: 1200 raketlə üstümüzə gəlirlər - Maduro

Venesuela Prezidenti Nikolas Maduro ölkənin son 100 ildə ABŞ tərəfdən ən böyük işğal təhlükəsi ilə üz-üzə olduğunu deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.

“1200 raketi olan 8 döyüş gəmisi və bir nüvə sualtı qayığı ölkəmizə yönəlib”, – Maduro açıqlayıb.

O, işğal təhlükəsini “həddindən artıq, əsassız və tamamilə cinayət” adlandırıb. Prezident vurğulayıb ki, “maksimum hərbi təzyiq şəraitində Venesuela müdafiəyə tam hazırdır”.

Maduro qeyd edib ki, ABŞ Venesuela, Cənubi Amerika və Karib hövzəsi xalqlarına qarşı müharibəyə başlamaq niyyətindədir.