Maduro üçüncü dəfə prezident seçildi

Maduro üçüncü dəfə prezident seçildi

Venesuelanın hazırkı dövlət başçısı Nikolas Maduro respublikada keçirilən prezident seçkilərində qalib gəlib.

Globalinfo.az xəbər verir ki, siyasətçi üçüncü altıillik müddətə seçilib.

Belə ki, bülletenlərin 80%-nin hesablamasından sonra Maduro seçicilərin 51,2% səsini qazanıb. Onun əsas rəqibi Edmundo Qonsales isə 44,2% səs toplayıb.

Qeyd edək ki, N. Maduro 2013-cü ildən respublikaya rəhbərlik edir.