Amerikalı müğənni Madonna intihar etmək fikrində olduğunu etiraf edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, britaniyalı podkaster Cey Şetti ilə söhbətində danışıb.
“Bu, 2016-cı ilə təsadüf edir. O vaxt qastrol səfərində olarkən tez-tez soyunub-geyinmə otağımın döşəməsinə uzanıb ağlayırdım. Əslində intihar haqqında düşünürdüm”, – deyə o bildirib.
Qeyd edək ki, həmin dövrlərdə Madonna oğlu Rokkonun qəyyumluğu üçün keçmiş əri, rejissor Qay Riçini məhkəməyə vermişdi.
Günel Cəlil
Globalinfo.az














