Amerikalı müğənni Madonna gənc sevgilisi Akim Morrislə ailə həyatı qurmağa hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Radar Online” məlumat yayıb.
Cütlüyə yaxın biri 67 yaşlı ifaçının 29 yaşlı Akim Morris ilə gizli nişanlı olduğunu açıqlayıb.
“Onlar hələ toy tarixinə qərar verməyib, lakin pop müğənnisi artıq yer barədə düşünür. Ulduzun nəzərdən keçirdiyi variantlar arasında İtaliya, Portuqaliya və onun Şərqi Hemptondakı mülkü var. Madonna gənc sevgilisi ilə nikah öncəsi müqavilə imzalamağı da planlaşdırır. Məlumata görə, Akimin buna heç bir etirazı yoxdur”, – deyə bildirilib.
Günel Cəlil
Globalinfo.az














