Xüsusi hərbi əməliyyat (XHE) zonasına düşdüyü iddia edilən Cənubi Afrika vətəndaşları ilə bağlı Moskvanın əlində heç bir məlumat yoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova danışıb.

O, mediada yayılan xəbərlərin mənbələrinin dəqiq olmadığını vurğulayıb.

“Rusiyada şəxsi mühafizəçi kimi təlim keçdiyi, daha sonra isə xüsusi əməliyyat zonasına aparıldığı iddia edilən şəxslərlə bağlı bizdə heç bir rəsmi informasiya yoxdur”, – deyə sözçü qeyd edib.

O əlavə edib ki, bu mövzuda Cənubi Afrika Respublikasının Xarici İşlər Nazirliyindən Moskvaya sorğu daxil olmayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: