85765fa5 f9c2 4dd4 9a98 6da0edb0f2fa

Macarıstan Milli Seçki Bürosunun məlumatına görə, səslərin 45,71%-i sayılıb və müxalifətdəki Tisa Partiyası 199 parlament yerindən 135-ni qazanıb.

***

“Reuters” yazır ki, Peter Magyarın rəhbərlik etdiyi müxalifətdəki Tisa Partiyası (TISZA) üstünlük əldə edib.

Globalinfo.az xəbər verir ki, əgər səsvermənin nəticələri bu templə davam etsə, Macarıstanda 16 illik Orban dövrü başa çatacaq.

***

Macarıstanda 2026-cı il parlament seçkiləri üzrə səslərin sayılmasına başlanılıb. 

Globalino.az xəbər verir ki, ilkin nəticələrə əsasən, Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi “Fides-Xristian Demokratik Xalq Birliyi (Fidesz-KDNP) partiyası açıq-aydın üstünlüyə malikdir.

Dərc olunmuş nəticələrə görə, səslərin təxminən 1-2 faizi sayılıb və hakim koalisiya seçicilərin təxminən 53 faizlik dəstəyini qazanır.

Peter Magyarın rəhbərlik etdiyi müxalifətdəki Tisa Partiyası (TISZA) təxminən 38-43 faiz səslə ikinci yerdədir.

***

Macarıstanda parlament seçkilərində ölkə tarixində rekord seçici fəallığı qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın Milli Seçki Bürosu (MSB) məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 17:00-a qədər fəallıq 74,23% təşkil edib. Bu göstərici fəallığın 69,53% təşkil etdiyi 2022-ci il parlament seçkilərinin yekun nəticəsini artıq demək olar ki, 5 faiz bəndi üstələyir.

MSB-nin məlumatına görə, ən yüksək seçici fəallığı Budapeştdə müşahidə olunur, ölkənin digər regionlarında isə göstəricilər təxminən eyni olaraq qalır.

Bürodan qeyd ediblər ki, aralıq məlumatlar seçki məntəqələrinin bağlanmasına iki saat qalmış dərc olunub.

Xatırladaq ki, parlamentdəki 199 yerə “FİDES – Macarıstan Vətəndaş İttifaqı” partiyası və Xristian-Demokratik Xalq Partiyasından ibarət hakim koalisiya, həmçinin müxalifət olan Tisa partiyası iddia edir.

Hakim koalisiyaya Macarıstanın Baş naziri Viktor Orban, “Tisa” partiyasına isə avrodeputat Peter Madyar rəhbərlik edir.

***

Macarıstan parlament seçkilərində yüksək fəallıq qeydə alıb.

Globalinfo.az xəbər verir ki, Budapeşt vaxtı ilə saat 11:00-a (Bakı vaxtı ilə saat 13:00) olan məlumata görə, parlament seçkilərində seçici fəallığı əvvəlki seçkilərdən xeyli çox – 37,98 % təşkil edib.

Qeyd edək ki, 2022-ci il parlament seçkilərində seçicilərin yalnız 25,77 %-i səs verib, 2018-ci ildə isə bu rəqəm 29,93 % olub.

*** 11:57

Macarıstanda saat 07:00-a olan məlumata görə, seçici fəallığı 3,46 faiz təşkil edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.

Bildirilib ki, bu göstərici dörd il əvvəl keçirilən parlament seçkilərinin eyni mərhələsi ilə müqayisədə demək olar iki dəfə çoxdur:

“O vaxt 1,8 faiz idi. Eyni zamanda, səhər saatlarından bəzi seçki məntəqələrində növbələr yaranıb.

Yerli məlumatlara görə, bəzi bölgələrdə seçicilər səs vermək üçün təxminən bir saat gözləməli olurlar”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: