Macarıstan Aİ-nin bəyanatına veto qoydu

“Cozep Borrellin Avropa İttifaqının Qarabağdakı lokal antiterror əməliyyatı ilə bağlı bəyanatı əvvəlcə Aİ-nin bütün 27 ölkəsinin birgə bəyanatı olmalı idi. Amma Macarıstan buna veto qoyub”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Avropa bölməsinin redaktoru Rikard Jozviak X platformasında paylaşım edib.

O bu barədə məlumatı 3 ayrı avropalı diplomatik mənbədən aldığını qeyd edib.