m10-un “BakıKart” bölməsində problem yarandı

m10-un "BakıKart" bölməsində problem yarandı

“m10” elektron pulqabının “BakıKart bileti” bölməsində problem yaranıb. Bu barədə redaksiyamıza vətəndaşlar müraciət ediblər. Onlar tətbiq üzərindən bilet almaqda çətinlik yaşadıqlarını bildiriblər.

Globalinfo.az-ın xəbərinə görə, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, pulqabının məxsus olduğu “PashaPay” şirkətinin PR meneceri Aygün Əliyeva bildirib ki, sözügedən müvəqqəti çətinlik mövcuddur və həlli istiqamətində addım atılır:

“Təkmilləşdirmə işləri aparılır, çox tezliklə çətinlik aradan qaldırılacaq. Ümumən az insanda bu problem müşahidə edilib”.