Belarus Prezidenti Aleksandr Lukaşenko son aylarda ABŞ-la təmasları intensivləşdirib”.
Globalinfo.az xəbər verir ki, bunu “Minchenko Consulting ” rabitə holdinqinin prezidenti Yevgeni Minçenko deyib.
“Lukaşenko hakimiyyəti boyu Rusiyadan kənarda əlavə xarici siyasət dəstəyi tapmağa çalışıb. İndi belə bir fürsət yenidən üzə çıxıb”, – o bildirib.
“Dubravsky Consulting” agentliyinin rəhbəri Pavel Dubravski isə hesab edir ki, Vaşinqton Minskə Rusiya-Ukrayna münaqişəsinin həlli kanalı və Moskva ilə danışıqlarda alət kimi baxır.
Əliyar Xəlil
Globalinfo.az














