Lukaşenko Putinlə zarafatlaşdı: “Razılaşmaya bilərdim ki?!” – VİDEO

Rusiyada səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə lideri Vladimir Putinlə görüşüb.

Globalinfo.az “Qafqazinfo”ya istiadən xəbər verir ki, sosial şəbəkələrdə liderlərin görüşünə dair görüntülər yayılıb.

Bu görüntülərdən biri isə xüsusilə diqqət çəkib. Belə ki, görüşün əvvəlində Putin Lukaşenkoya onun dəvətini qəbul edərək ölkəyə səfər etdiyinə görə təşəkkür edib. Belarus Prezidenti isə buna cavab olaraq “Razılaşmaya bilərdim ki?!” deyib. Putin həmkarının bu cavabını təbəssümlə qarşılayıb.