lukasenko 1

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinin iqamətgahına edilən hücumu dövlət səviyyəsində ən vəhşi terror aktı hesab edir.

Globalinfo.az xəbər verir ki, bu barədə o,  jurnalistlərə açıqlamasında bildirib.

“Əgər bu, deyildiyi kimi doğrudursa, terror aktıdır. Mən bundan kimin faydalanacağı haqda düşünürəm”, – Lukaşenko qeyd edib.

Xatırladaq ki, dekabrın 29-da Novqorod vilayətində Putinin iqamətgahına pilotsuz təyyarələrlə hücum edilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə 91 pilotsuz təyyarə məhv edilib. Lakin Volodimir Zelenski Kiyevin hücumda iştirakını etiraf etməyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: