Gürcülərə xəbərdarlıq: “Bunu etsələr, ölçü götürməli olacağıq”

 

1678258943 98194df6 3132 4802 b93a 400bae34ed49

Gürcüstan Daxili İşlər Nazirliyi sabah keçiriləcək aksiya ilə bağlı xalqa müraciət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Etirazçılara sabaha planlaşdırılan aksiya zamanı qanunazidd hərəkətlərdən yayınmaq çağırışı edilib.

“Əks halda polis əməkdaşları qanun çərçivəsində ölçü götürməli olacaq”, – deyə müraciətdə vurğulanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli yollar strateji obyekt sayılır və onların bağlanması cinayət məsuliyyətinə səbəb olur.

Əliyar Xəlil
Globalinfo.az